AZ

“Barselona”dan Çempionlar Liqasında uğursuz start

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 1-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə daha 6 qarşılaşma baş tutub.

Maraqlı görüşlərdən biri İtaliyada keçirilib. Avropa Liqasının sonuncu qalibi “Atalanta” doğma meydanda İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.

İspaniyanın “Barselona” komandası isə Fransada “Monako”nun qonağı olub. Matçın əvvəlindəcə azlıqda qalan Kataloniya təmsilçisi yekunda məğlubiyyətlə üzləşib.

İspaniyanın digər komandası “Atletiko” doğma meydanda Almaniya təmsilçisi “Leypsiq”lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda Madrid təmsilçisi əzmkar qələbəyə sevinib.

Səfərdə “Srvena Zvezda” ilə qarşılaşan “Benfika” da ÇL-in Liqa mərhələsinə qələbə ilə başlayıb. Portuqaliya təmsilçisinə qələbəni Türkiyə yığmasının üzvləri Kerem Aktürkoğlu ilə Orkun Kökçü qazandırıblar.

“Feyenoord”un qonağı olan Almaniya çempionu “Bayer” isə ilk oyununda darmadağına sevinib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turunun oyunları oktyabrın 1-də başlayacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
19 sentyabr

“Srvena Zvezda” (Serbiya) – “Benfika” (Portuqaliya) 1:2
Qollar: Milson, 86 – K.Aktürkoğlu, 9. O.Kökçü, 29.

“Feyenoord” (Niderland) – “Bayer” (Almaniya) 0:4
Qollar: Virts, 5; 36. Qrimaldo, 30. Vellenroyter, 45-öz qapısına.

“Atalanta” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:0

“Atletik” (İspaniya) – “Leypsiq” (Almaniya) 2:1
Qollar: Qrizmann, 28. Ximenes, 90 – Şeşko, 4.

“Monako” (Fransa) – “Barselona” (İspaniya) 2:1
Qollar: Akliuş, 16. İlenixena, 71 – Yamal, 28.

“Brest” (Fransa) – “Şturm Qraz” (Avstriya) 2:1
Qollar: Maqnetti, 23. Sima, 56 – E.Fernandes, 45+1-öz qapısına.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
5
arena.az

7Mənbələr