AZ

ABŞ rus banklarına sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiya vətəndaşı Dmitri Nikulinə, o cümlədən Rusiyanın hüquqi şəxslərinə - “Beynəlxalq Hesablaşma Bankı” MMC, “Timer Bank” ASC və “Stroytreyd” MMC-yə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı yazılı məlumatda deyilir.

Sanksiyalar siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin adları çəkilən şəxslərlə iş görməsini qadağan edir.


Müəllif: Teleqraf.com
Seçilən
16
8
teleqraf.com

9Mənbələr