AZ

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

Venesuela məhkəməsi Baş Prokurorluğun Buenos-Ayresdə yerləşən Venesuela Emtrasur təyyarəsinin ABŞ tərəfindən müsadirə edilməsi ilə bağlı Argentina prezidenti Xavyer Mileyin həbsinə order verilməsi ilə bağlı müraciətini təsdiqləyib.

APA xəbər verir ki, Karakas Birinci İnstansiya Məhkəməsi, Baş Prokurorluğun sentyabrın 18-də verdiyi və vətəndaş Xavier Mileyə qarşı həbs qətimkan tədbiri ilə bağlı vəsatəti təmin etmək qərarına gəlib.

Sentyabrın 18-də Venesuelanın baş prokuroru Tarek Uilyam Saab bildirib ki, onun rəhbərlik etdiyi idarə Miley, onun bacısı və Prezident Aparatının baş katibi Karina Miley, həmçinin Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriçin saxlanması üçün order əldə etməyə çalışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
apa.az

3Mənbələr