AZ

Qazaxıstan Orta Dəhliz vasitəsilə daşımaların həcmini 10 milyon tona çatdırmağı planlaşdırır

Bakı. Trend:

Cümə axşamı Astanada Qazaxıstanın Baş naziri Oljas Bektenov iləGürcüstanın Baş nazirinin birinci müavini və iqtisadiyyat vədavamlı inkişaf naziri Levan Davitaşvili arasında tranzit-nəqliyyatsektorunun inkişaf perspektivləri müzakirə olunub.

Trend xəbər verirki, Bektenov görüş zamanı Qazaxıstan və Gürcüstanın TransxəzərBeynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üzrə sıxəməkdaşlıq etdiyini vurğulayıb.

“Bu marşrut üzrə yüklərin daşınması keçən il 65 faiz, bu ilinilk 8 ayında isə 69 faiz artaraq 2,9 milyon tona çatıb,” – deyəBektenov bildirib. O, Qazaxıstanın Orta Dəhliz vasitəsiləyükdaşımaları 10 milyon tona çatdırmağı hədəflədiyini və bu məqsədəçatmaq üçün hökumətin tranzit şəraitini yaxşılaşdırmaqistiqamətində addımlar atdığını qeyd edib.

Bektenov Bakı–Tbilisi–Qars dəmir yolu xətti də daxil olmaqla,Orta Dəhliz üzrə rəqabətqabiliyyətli tariflərin yaradılması,çatdırılma müddətlərinin azaldılması və nəqliyyat həcmininartırılması üçün birgə əməkdaşlığın davam etdirilməsininvacibliyini vurğulayıb. Görüşdə həmçinin dəhlizin beynəlxalqdaşıyıcılar üçün cəlbediciliyini artıracaq rəqəmsallaşdırmanınönəmi qeyd edilib.

Orta Dəhliz, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan vəTürkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən vacibnəqliyyat marşrutudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
az.trend.az

1Mənbələr