AZ

Paşinyan Bakıya gələrmi heç... - GÖZLƏNTİ

Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib-etməyəcəyi barədə hələ qərar verilməyib. Bu barədə Baş nazir Nikol Paşinyan özü bildirib. Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə deyib ki, noyabr ayında on minlərlə iştirakçı COP29-la bağlı Bakıya səfər edəcək:“Bu məqsədlə Ermənistan daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib”. Buradan aydın olur ki, Bakı COP29 tədbirinə Ermənsitan Baş naziri Nikol Paşinyanı rəsmi şəkildə dəvət edir. Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, prinsip etibarilə Paşinyanın Bakının dəvətini qəbul etməməsi üçün səbəb yoxdur. Analitikin fikrincə, hər şeydən öncə nəzərə almaq lazımdır ki, ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın COP29-a ev sahibliyinə namizədliyini dəstəkləyib: "Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə razı olub. Bu, iki ölkənin son illərdə bir-birinə qarşı atdığı ən pozitiv addımlardandır. Ən önəmlisi isə qarşılıqlı etimad yaratmaq baxımından müsbətdir. Paşinyan indiki məqamda bu təklifi qəbul edib, Bakıya səfər etməlidir. Bu həm də, münaqişənin bitməsi, iki ölkə arasında çərçivə sazişinin Bakıda imzalanmasını aktuallaşdıra bilər. Paşinyanın paytaxtımıza səfər etməsi vacib olsa da, baş tutması ehtimalı azdır. Paşinyan bu barədə açıqlamasında qəti fikir bildirməyib. Bununla belə, COP29-da Ermənistanı Prezidenti Vaaqn Xaçaturyan, baş nazirin müavini Mqer Qriqoryan, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ya Ermənistan parlamentinin sədri Alen Simonyan təmsil edə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
dia-az.info

4Mənbələr