ABŞ-də dairə hakimi iş otağında güllələnib. "Report" bu barədə ABC telekanalına istinadən xəbər verir.
Məlumata görə, hadisə Kentukki ştatının Letçer dairəsinin məhkəmə binasında baş verib. Ştat polisi şübhəlinin nəzarət altında olduğunu bildirib.
Öldürülən dairə hakiminin Kevin Mallinz olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.