AZ

“Boris” qasırğasından zərər çəkən ölkələr 11 milyard avro alacaq

Avropa Komissiyasının sədri Ursula Fon der Leyen cümə axşamı Boris qasırğasının səbəb olduğu daşqınlardan sonra "ürək parçalayan" dağıntılar yaşayan Aİ üzv ölkələri üçün 11 milyard avro yardım elan etdi.

Herbiand.az xəbər verir ki, Fon der Leyen Polşanın Vrotslav şəhərində daşqınlardan ən çox zərər çəkən dörd ölkə Polşa, Çexiya, Slovakiya və Avstriyanın liderləri ilə birlikdə oilarkən bu bəyanatı verib.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Avropa İttifaqı zərər çəkmiş rayonların yenidən qurulmasını maliyyələşdirmək üçün Aİ-nin Birlik Fondu və Aİ Həmrəylik Fondunun vəsaitlərindən istifadə edə bilər.

Polşanın Baş naziri Donald Tusk bildirib ki, Fon der Leyenin elan etdiyi vəsaitin təxminən yarısını Polşa alacaq. Onun çexiyalı həmkarı Petr Fiala Çexiyaya təxminən 2 milyard avro ayrılacağını bildirib və əlavə edib ki, bu, “yaxşı xəbərdir”. Avstriyanın payı təxminən 500 milyon avro olacaq, vəsaitin qalan hissəsi Slovakiya və Rumıniyaya gedəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
herbiand.az

1Mənbələr