AZ

Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

Ölkə.az-ın məlumatına görə, "Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Azərbaycan derbisini FIFA referisi Əliyar Ağayev idarə edəcək. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Turun açılış matçında isə "Kəpəz" "Şamaxı" ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda reallaşacaq matç saat 17:00-da başlayacaq. Bu görüşün baş hakimi Cavid Cəlilov olacaq. Əvvəlki altı oyunun hamısında məğlub olan "sarı-göylər" sonuncu - 10-cu sıradadır. Qonaqlar isə 8 xalla altıncıdır.

Azərbaycan Premyer Liqası

VII tur

20 sentyabr

17:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Azərsun Arena"

Qeyd edək ki, VII turun digər matçları sentyabrın 21-22-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
20
olke.az

10Mənbələr