AZ

Misli Premyer Liqası: "Qarabağ" "Neftçi" ilə oyunda fasiləyə üstün yollanıb YENİLƏNİB 3

Bakı, 20 sentyabr, AZƏRTAC

Misli Premyer Liqasının VII turunda üz-üzə gələn “Qarabağ” və “Neftçi” komandaları arasında derbidə birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” “Azersun Arena”da keçirilən görüşdə fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.

20:33

Misli Premyer Liqasının VII turunda üz-üzə gələn "Qarabağ" və "Neftçi" komandaları arasında derbidə ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, "Azersun Arena"da keçirilən görüşün 29-cu dəqiqəsində Ağdam təmsilçisinin heyətində Olavio Juninyo fərqlənib.

Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.

20:27

Misli Premyer Liqasının VII turunda üz-üzə gələn "Qarabağ" və "Neftçi" komandaları arasında derbidə hesab açılıb.

AZƏRTAC xəbər verir ki, "Azersun Arena"da keçirilən görüşün 18-ci dəqiqəsində qonaqların heyətində Robert Bauer avtoqol müəllifi olub.

Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.

20:00

Misli Premyer Liqasının VII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında derbi oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, "Azersun Arena"da keçirilən görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
7
azertag.az

10Mənbələr