Bakının Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi olub.
Leqal.info xəbər verir ki, “Lada Priora" markalı avtomobil hərəkətdə olan zaman piyada zolağında yolu keçən 1982-ci il təvəllüdlü Məmmədov Kamil Etibar oğlunu vurub.
Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Musazadə Elvin Qəhrəman oğlu gözündən aldığı xəsarətlərlə bağlı Z.Əliyeva adına göz xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta