AZ

“Çelsi” 70 milyon avroya aldığı futbolçudan qurtulmaq istəyir

“Çelsi” yanvar ayında baş məşqçi Enzo Mareskanın planlarına daxil olmayan bir neçə futbolçudan qurtula bilər.Komanda.az “Team Talk”-a istinadən xəbər verir ki, satışa çıxarılacaq oyunçular siyahısında ukraynalı yarımmüdafiəçi Mixail Mudrik də var.“Çelsi”ni həmçinin üç müdafiəçi – Benjamin Çiluell, Benoit Badiaşile və Aksel Disasi tərk edə bilər. Baş məşqçi Mareska bu futbolçulara o qədər də güvənmir.“Çelsi” il yarım əvvəl Mudrik üçün Donetsk “Şaxtyor”una 70 milyon avro ödəmişdi. O, bu mövsüm İngiltərə Premyer Liqasının 4 oyununda meydana yalnız bir dəfə start heyətində daxil olub.

Seçilən
30
12
komanda.az

10Mənbələr