AZ

Sudanda vəbadan ölənlərin sayı 348-ə yüksəldi

Sudan Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasından ölənlərin sayının 348-ə yüksəldiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbata istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada vəba epidemiyasının ölkənin 9 əyalətində yayıldığı və ümumi yoluxma sayının 11 min 79-a yüksəldiyi bildirilib.

Vəba xəstəliyindən həyatını itirənlərin sayının 348-ə çatdığı da qeyd edilib.

Qeyd edək ki, Sudanda iyun ayından yağan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Gülay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
6
azxeber.com

10Mənbələr