Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda Çexiyaya 0:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Vitali Borisov matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlama verib:
“Oyun maraqlı keçdi. Uşaqlardan razı qaldım. Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər. Sadəcə, qol vura bilmədik. Rəqibin sürətinə dözdülər. Standart vəziyyətdən qol buraxmadıq. Oyunu 7-8 futzalçı ilə keçirdik. Fərid Abbasov da ikinci hissədə yüngül zədələndi.
Səhvlərimiz oldu, rəqib də bundan maksimum istifadə etdi. Onlar da düzələcək səhvlərdir. Bu matçda 3 futzalçı millinin heyətində debüt etdi. Eldar bir qədər fərqli oyunçudur. O, “stolb” kimi çıxış edir. Ona görə atletik oyuna üstünlük verən komandalara qarşı mübarizə çətin alınır. Ancaq Mirzə ilə Fərid verdiyim tapşırıqları yerinə yetirdilər”.
saytlarin hazirlanmasi