AZ

Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz

Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Nə 7, 6, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə Ermənistanı silahlandıran, onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Heç kim.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

“Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”, - dövlət başçısı vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
49
operativmm.az

10Mənbələr