AZ

Kadırov cəbhəyə "Cybertruck"lar göndərdi

Çeçenistan rəhbəri Ramzan Kadırov diqqət çəkən paylaşım edib. O, Telegram kanalında rusların xüsusi hərbi əməliyyat zonası adlandırdığı Ukrayna ərazisinə daha iki "Cybertruck" göndərdiyini bildirib. Qeyd edək ki, "Cybertruck" Tesla maşınıdır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
7
news365.az

9Mənbələr