AZ

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? - VİDEO

20 ildən çoxdur salınmış qəsəbədə məktəb də yoxdu, bağça da... Yolların isə bir çoxu asfaltlanmayıb...

Ölkə.az-ın Xəzərxəbər.az-a istinadən xəbərinə görə, Zığ yolunun üstündə yerləşən Qumadası qəsəbəsinin sakinləri deyirlər ki, 20 ildən çoxdur burda yurd salıblar. Amma bir çox problemləri var.

Xüsusilə uşağı olan ailələrin ən böyük problemi isə yaxınlıqda məktəb və bağçanın olmamasıdır.

Sakinlər deyirlər ki, məktəb uzaq ərazidə yerləşdiyindən, uşaqlar ora avtobusla getməyə məcbur olurlar.

Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil idarəsindən bildirilib ki, əraziyə baxış keçirildikdən və ehtiyaclar bir daha müəyyənləşdirildikdən sonra məsələyə aydınlıq gətiriləcək.

Qəsəbənin asvaltlanma və digər problemləriylə bağlı Zığ bələdiyyəsindən bildirildi ki, tədbirlər planına salınıb, işlər mərhələli şəkildə həyata keçiriləcək.

Seçilən
17
6
olke.az

7Mənbələr