Türkiyənin İzmir şəhərində terror təşkilatı PKK/KCK-YPG/PYD-yə qarşı keçirilən əməliyyatda 13 şübhəli tutulub.Missiya.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğu məlumat yayıb.Bildirilib ki, aparılan araşdırmada onların kənd yerlərində terror təşkilatı adından fəaliyyətlər həyata keçirdikləri məlum olub.Şübhəlilərdən çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib.Leyla SƏMƏNDƏRMissiya.Az