AZ

Yardımlıda qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Yardımlıda

Yardımlı, 20 sentyabr, AZƏRTAC

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirləri davam etdirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində 4 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan müxtəlif markalı ov tüfəngləri könüllü şəkildə təhvil götürülüb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
5
azertag.az

10Mənbələr