AZ

“Kəpəz” yenə uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun ilk oyununda “Kəpəz” “Şamaxı”nı qəbul edib.

Gəncə təmsilçisi bu oyunda uğursuz gedişata son qoymağa çalışsa da, yenə istəyinə çata bilməyib. Qonaqlar səfərdən inamlı qələbə ilə qayıdıblar.

Turun mərkəzi oyunu da ilk oyun gününə təsadüf edəcək. Belə ki, son çempion “Qarabağ” doğma meydanda əvəzli rəqibi “Neftçi” ilə üz-üzə gələcək.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu sabah keçiriləcək. Sonuncu oyun günündə (22 sentyabr) isə “Səbail” “Sabah”ı, “Sumqayıt” “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
7-ci tur
20 sentyabr

“Kəpəz” – “Şamaxı” 0:2
Qollar: Brahim Konate, 16. Georgi Kantariya, 19.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 17:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
qafqazinfo.az

10Mənbələr