AZ

Lenovo Legion Y700 (2024) gaming planşetinin əldə edəcəyi prosessor rəsmi şəkildə açıqlanıb

     Artıq məlumdur ki, Lenovo yaxın zamanda yeni gaming planşetini təqdim edəcək. Söhbət, Lenovo Legion Y700 (2024) adlı planşetdən gedir. Dünən şirkət təqdim ediləcək bu yeni planşet barəsində rəsmi məlumatları bölüşməyə başladı. Dünən şirkət açıqladı ki, Lenovo Legion Y700 (2024) planşeti 8.8 düym ölçülü ekranla təchiz olunacaq. İndi isə Lenovo bu yeni planşetin daha bir vacib texniki özəlliyini açıqlayıb. Belə ki, şirkət tərəfindən təqdim edilmiş posterə əsasən planşet Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarında da qeyd edilmişdi ki, Lenovo-nun yeni gaming planşeti məhz bu prosessor vasitəsilə çalışacaq. Lenovo Legion Y700 (2024)-ün artıq bu ayın sonunda təqdim olunacağı gözlənilir.

Seçilən
24
1
technote.az

2Mənbələr