Rusiyanın ABŞ-nin Alyaska bölgəsində son vaxtlar artan hərbi fəaliyyətinə cavab olaraq ABŞ ordusu bu bölgəyə əlavə qoşun yeridib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın 10-16 sentyabr tarixləri arasında Sakit və Şimal Buzlu okeanları başda olmaqla bir çox dəniz bölgələrini əhatə edən “Okean-24” hərbi təlimləri narahatlıq doğurub.
Rusiyanın hərəkətlərinə cavab olaraq ABŞ ordusu Alyaska yarımadasının cənub-qərb uzantısını təşkil edən Aleut adalarına mobil raket qurğuları ilə təchiz olunmuş təxminən 130 əsgər göndərib.
Şimali Amerika üçün aerokosmik mühafizəni təmin edən ABŞ və Kanadanın birgə təşkilatı olan Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) 11 sentyabr, 13 sentyabr, 14 sentyabr tarixlərində Alyaska sahillərində Rusiya hərbi təyyarələrini aşkar edib izlədiyini bildirib.
Pentaqon açıqlamasında Rusiyanın 8 hərbi təyyarəsi və 2-si sualtı qayıq olmaqla 4 donanma gəmisinin Alyaskaya yaxınlaşdığı, lakin onların təyyarələrinin ABŞ hava məkanını pozmadığı bildirilib.
Malik Atilay
Bizi İnstagramda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta