AZ

"Turan Tovuz"un mövsümdə ilk məğlubiyyəti

Misli Premyer Liqasında 7-ci tur davam edir.

Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib. "Turan Tovuz" evdə "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə "Araz-Naxçıvan" ən azı sabah keçiriləcək "Səbail" - "Sabah" oyununun yekun nəticəsinə qədər 3-cü pilləyə yüksəlib. "Turan Tovuz" bu mövsüm ilk dəfə uduzub. Komanda bununla da yenidən lider olmaq şansını itirərək 2-ci pillədə qalıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası, 7-ci tur

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” - 1:2 

Qollar: Ramon Maçado, 44 (0:1), Abbas Qüseynov, 48 (1:1), Felipe Santos, 55 (1:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov

Tovuz şəhər stadionu

22 sentyabr

18:00. “Səbail” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev

ASCO Arena

20:30. “Sumqayıt” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

Mehdi Hüseynzadə adına stadion

20 sentyabr

"Qarabağ” – “Neftçi” - 4:0

“Kəpəz” – “Şamaxı” - 0:2

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
bizim.media

10Mənbələr