AZ

Ermənistanda saxlanılan Lapşin sərbəst buraxıldı

İrəvan hava limanında saxlanılan israilli bloger Aleksandr Lapşin sərbəst buraxılıb.   Manset.az Report-a istinadən istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan bildirib. Onun sözlərinə görə, Lapşin Belarusun tələbi ilə saxlanılıb. Melikyan deyib ki, Lapşinin saxlanılması və sonradan azad edilməsi ilə bağlı vəsatət Ermənistan prokurorluğu tərəfindən qəbul edilib. Ermənistan baş prokurorunun müşaviri Lusine Martirosyan Lapşinin Belarusun hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması əsasında saxlanıldığını təsdiqləyib. 20:46 Bloqer Aleksandr Lapşin İrəvanda saxlanılıb. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə özünün teleqram kanalında məlumat yayıb. “Mən indicə Azərbaycan və Rusiya Federasiyasının axtarışı əsasında İrəvan Zvartnots hava limanında saxlanıldım. Bizdən onlarla birlikdə ofisə getməyimizi tələb etdilər. Mən imtina etdim. Pasportumu götürdülər, mən bir saatdan çoxdur ki, pasport nəzarəti kabinələrinin qarşısında dayanmışam. Sərhədçilər erməni dilində danışırlar, mən ancaq “həbs” sözünü tuturam”, - Lapşin yazıb. Qeyd edək ki, bloqer Aleksandr Lapşin 2022-ci ildə Qarabağa qanunsuz səfər etmişdi.

Onu da xatırladaq ki, İsrail vətəndaşı A.Lapşin 2017-ci ildə Azərbaycanda həbsdə olub. O, Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. O, daha sonra Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılmış, ardınca İsrailə yollanmışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
9
manset.az

10Mənbələr