Publika.azz dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - peşəkar fəaliyyət müstəvisində ehtiyatlı olun. Həllini gözləyən problemlər asan deyil. Diqqətsizlik ciddi səhvlərə səbəb ola bilər. Rəqiblərlə bədxahlar yanlışlıqlarınızdan yararlanacaqlar. Buna rəvac verməyin. Yardım, dəstək gözləməyin. Müstəqil çalışın, kimsədən kömək gözləməyin.
Günün ikinci yarısında mühüm məsləhətləri qulaqardına vurmayın. Yaşlı qohumların sizə ünvanladıqları tənqidlər sərt olacaq. Onlar aqressiv davrana da bilərlər. Sərtliyə sərtliklə cavab verməyin. Təmkinli, soyuqqanlı olun. Səyləriniz hədər getməsin.
Yalnız həddən artıq böyük ehtiyac olarsa, səfərə yollanın. Ehtiyatlı olun.
Axşam saatlarında diqqətli davranın.
Buğa - günün ilk yarısında işdə uğurlar olacaq. Bu nailiyyətləri görməmək mümkün deyil. Lakin həqiqət budur ki, uğurlarınız barədə dostlarla bahəm, bədxahlar və düşmənlər də xəbər tutacaqlar. Paxıllıq hissi onları sizə qarşı məkrli planlar qurmağa, fitnəkarlıq etməyə vadar edə bilər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Bədxahlarla rəqiblər sizə heç nə edə bilməyəcəklər. Yaxınlarınızla münasibətlərin harmonik olmasına çalışın. Romantika, macəra arayırsınızsa, potensial riskləri təxminləməyə çalışın.
Yaradıcılıq potensialınızın səviyyəsi yüksək olacaq. Problemlərin yaranmasına səbəb olmayın.
Əkizlər - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində müsbət dəyişikliklər istisna deyil. Gün məhsuldar olacaq. Qüvvə və enerjinizi mənasız işlərə sərf etməyin. İşlə bağlı görüş keçirə bilərsiniz. Birgə çalışdığınız insanın niyyətlərini və planlarını anlamağa çalışın.
Günün ikinci yarısında işgüzar səfərə yollanmaq olar. Uzaqdakı insanlarla təmaslar faydalı ola bilər. Romantik hisslərə aldanmayın. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Həddən artıq çalışmaq səhhətiniz üçün faydalı deyil.
Özünüzü qoruyun.
Xərçəng - məsuliyyətdən qurtulmağa çalışmayın. İşləri başqalarına həvalə etməyin. Belədə proses daha da ağırlaşa bilər. Bu yaxınlarda sizə nələrsə vəd edən, sadiq dostlar olduqlarını söyləyən insanlar, deyəsən, mövqelərini və fikirlərini dəyişiblər. Həmin adamlar indi dostlardan daha çox bədxahlara bənzəyirlər.
Günün ikinci yarısında rəqiblər sizə qarşı yeni planları reallaşdırmağa çalışacaqlar. Əsəblər gəriləcək. Ən kiçik məsələ, xırda problem səbr kasanızı daşdıra bilər. Sevdiyiniz insanla ciddi fikir ayrılığının yaranması istisna deyil.
Axşam saatlarında normal istirahət edin.
Şir - günün ilk yarısı hadisələrlə zəngin olacaq. Narahatlıq və ya nigaranlıq istisna deyil. Problemlərin həllinə yaradıcı yanaşın, orijinal variantları seçin. Emosional durumunuzun pozulmasına imkan verməyin.
Peşəkar fəaliyyətinizdə qarışıqlıq və anlaşılmazlıqları aradan qaldırın. Tərəfdaşlarla, şəriklərlə təmaslarda qayğıkeş, səmimi olmağa çalışın. İşdə rəhbərlikdən uzaq durun. Nigaranlıqdan qurtulmaq üçün bu yetər.
Günün ikinci yarısında yaşlı qohumlar xoşagəlməz "sürpriz"lərə səbəb ola bilərlər. Yaşananlara həddən artıq kəskin reaksiya verməyin. Münaqişə və ya anlaşılmazlıqlar çətinlikləri daha da artıracaq. Axşam saatları romantik münasibətlər baxımından pis deyil. Sevdiyiniz insanla ünsiyyət qarşılıqlı anlaşmanı gücləndirə bilər.
Qız - günün ilk yarısı pozitiv başlayacaq. Peşəkar fəaliyyət müstəvisində ciddi uğurlara nail ola bilərsiniz. Saatlar keçdikcə situasiya ağırlaşacaq. Nüfuzlu insanlarla ciddi fikir ayrılıqları və ixtilaflar yaranacaq. Dediyiniz sözlərə fikir verin. Önəmli şəxslərlə bağlı açıqlamalarınızda sayıq olun.