"Neftçi"nin futbolçusu Emin Mahmudov şəxsi "Instagram" profilində paylaşım edib.Metbuat.az xəbər verir ki, millimizin üzvü kapitanlıq sarğısının alınması barədə fikirlərini bildirib."Bildiyiniz kimi, mən artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da oldu, kədərli də. Amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu. Amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım. Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman böyük dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm", - Mahmudov qeyd edib.Qeyd edək ki, "Neftçi"nin kapitanlıq sarğısı Emin Mahmudovdan alınaraq Ramil Şeydayevə verilib.