AZ

Ödəniş terminallarında tutulan komissiya qəbzdə niyə göstərilmir? – Video

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...

Poliqon xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölkədə fəaliyyət göstərən “MilliÖn” və “E-manat” terminallarında ödəniş edən zaman 1% komissiya tutulur.

Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilir.

Vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.

Məsələ ilə bağlı “E-manat”dan “Xəzər Xəbər”ə bildirilib ki, bu komisiya onlara aid deyil. Bildirilib ki, terminallarında ödəniş zamanı tətbiq edilən komissiya həmin xidməti gösətərn provayder tərəfindən tətbiq edilir:

“Hər hansı bir komissiya tutulursa, müştəri “İnfo” bölməsində komissiyanın bank, yaxud da “E-manat” tərəfindən tutulduğunu aydın şəkildə görə bilər”.
“MilliÖn” şirkətindən isə bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənərək bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur:

“Bu komissiya isə bankın istəyi əsasında tətbiq edilir”.

Daha ətraflı:

Poliqon.info

Seçilən
78
12
poliqon.info

10Mənbələr