Böyük Britaniyanın baş naziri Kir Starmer Rusiyanı dəstəkləməkdə və bu ölkəyə xüsusi sevgi bəsləməkdə şübhəli bilinir.
"Unikal" xəbər verir ki, buna səəb kimi Starmerin özünə Sibir pişiyi alması göstərilir.
İctimai xadim, hüquqşünas və döyüş veteranı Stiven Ceyms X sosial şəbəkəsində buna diqqət çəkib.
“Kir Starmerin "British Shorthair" əvəzinə rus Sibir pişik balasını seçməsi onun Böyük Britaniyanı dəstəkləmədiyinin açıq əlamətidir!” - deyə Ceyms yazdı.
O, baş nazirin Britaniya pişiklərini belə dəstəkləmədiyi təqdirdə Böyük Britaniya işçilərinə necə dəstək olacağını soruşmaqla yazısını bitirib.