Yeni elmi araşdırma, inkişaf etmiş sivilizasiyaların enerji istehlakı səbəbindən yaşayış üçün əlverişli planetlərini itirmək təhlükəsi ilə üzləşə biləcəyini ortaya qoydu. Bu araşdırma niyə yadplanetli sivilizasiyalarla qarşılaşmadıq sualına cavab ola bilər.Elchi.az xəbər verir ki, sənaye inqilabından bəri Yer kürəsində müşahidə olunan qlobal istiləşmə planetimizdə həyatı təhdid edən mühüm problemə çevrilsə də, bu vəziyyət təkcə Yerlə məhdudlaşmaya bilər.Tədqiqatçılar bu prosesin digər inkişaf etmiş sivilizasiyalarda da oxşar nəticələr verə biləcəyini iddia edirlər.ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, 1850-ci ildən bəri Yerin orta temperaturu hər on ildə 0,06°C artıb.Lakin bu artım son illərdə sürətlənərək 1982-ci ildən bəri hər on ildə 0,20°C-ə çatmışdır.Mütəxəssislər bu tendensiya davam edərsə, əsrin ortalarına qədər qlobal temperaturun 1,5°C-dən 2°C-yə qədər yüksələcəyini proqnozlaşdırırlar.Bu artımın əsas səbəbi qalıq yanacaqların intensiv istifadəsidir.Şayəstə Hüseynova
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta