AZ

MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.

Aktual.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.

Komitə sədri seçilən deputatlar aşağıdakılardır:

Əli Hüseynli - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Arzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Zahid Oruc - İnsan hüquqları komitəsinin sədri

Sadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Azər Əmiraslanov - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Tahir Rzayev - Aqrar siyasət komitəsinin sədri

Musa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədri

Siyavuş Novruzov - Regional məsələlər komitəsinin sədri

Anar İsgəndərov - Elm və təhsil komitəsinin sədri

Polad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədri

Səməd Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

Əhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədri

Hicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

Şahin İsmayılov - Gənclər və idman komitəsinin sədri

Fazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədri

Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.

Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.

Seçilən
37
9
ulusum.az

10Mənbələr