Sentyabrın 26-da “The Ritz-Carlton” otelində “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə IV Su İnnovasiya Forumu keçiriləcək. Bu barədə forumun təşkilat komitəsindən bildirilib.
“Gələcək üçün su” konsept mesajı ilə keçiriləcək IV Su İnnovasiya Forumunun əsas məqsədi regionda su təsərrüfatlarının idarəedilməsi, tullantı sularının təkrar emalı, ekoloji sistemə təsirlərin müəyyən edilməsində yeni dünya təcrübəsinin mübadiləsi, qabaqcıl texnologiyaların nümayişi ilə dövlət və özəl sektoru bir araya gətirən müzakirə, əməkdaşlıq platformasının yaradılmasıdır.
IV Su İnnovasiya Forumu öz mövzuları, iştirak edən çıxışçıları, eləcə də tədbirə qatılan özəl və dövlət sektorunun nümayəndələri ilə zəngindir. Tədbir ölkəmizi və regionumuzu maraqlandıran sudan səmərəli istifadə, su ehtiyatlarının idarə edilməsi, ətraf mühitə təsirləri, iqlim dəyişiklikləri fonunda mövcud risklərin idarə edilməsi və bu kimi cəmiyyəti, sənayeni maraqlandıran mövzuları müzakirə üçün münbit şərait yaradacaq.
Forumda dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, beynəlxalq şirkət və tədqiqat mərkəzlərinin mütəxəssislərinin iştirakı ilə sentyabrın 26-da keçiriləcək. Artıq ənənəyə çevrilmiş Su İnnovasiya Forumunun builki panel müzakirələrinə “İşğaldan azad edilmiş ərazilərdə su sistemlərinin idarə edilməsi və ekoloji təsirləri” mövzusunda müzakirə paneli əlavə edilməklə, yenidən qurulan Qarabağımızda su ehtiyatlarının qabaqcıl təcrübələrin tətbiqinin önəmi mütəxəssis, dövlət qurumlarının aidiyyəti nümayəndələri ilə müzakirə ediləcək. Sözügedən paneldə spikerlər iqlim dəyişikliyinin Qarabağda, ətraf bölgələrdə suyun mövcudluğuna, keyfiyyətinə təsir etməsi, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üçün tətbiq olunan texnologiyalar, su ehtiyatlarının davamlı idarə edilməsi kimi mövzular haqqında iştirakçılara geniş məlumat verəcək. Panel müzakirələri çərçivəsində Qarabağda bu istiqamətdə həyata keçirilən yerli layihələr, gələcək perspektivlər və beynəlxalq təcrübələr paylaşılacaq.
IV Su İnnovasiya Forumunun ikinci panelinin moderatoru Xəzər Universitetinin professoru Rövşən Abbasov olacaq. Rövşən Abbasov Ümumdünya Meteorologiya Təşkilatının Hidrologiya Komissiyasının OPACHE, Beynəlxalq Hidrologiya Elmləri Assosiasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi Komissiyasının üzvü, Azərbaycan Qlobal Su Tərəfdaşlığı və Dağ Tərəfdaşlığı İnstitusional üzvüdür. Rövşən Abbasov inteqrasiya edilmiş su resurslarının idarə olunması, su hövzəsinin hidrologiyası, daşqınların idarə edilməsi, fəlakət riskinin azaldılması sahəsində geniş bilik və təcrübəyə malikdir.
IV Su İnnovasiya Forumu dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin, aidiyyəti sahə üzrə nümayəndələr, mütəxəssislərin iştirakı, “Aqualink” MMC, “Nijhuis Saur Industries”, “AO Smith” şirkətlərinin baş sponsorluğu ilə keçiriləcək.
“Aqualink” şirkəti peşəkar su mühəndisliyi və kimyəvi maddələrin təchizatı sahəsində 2010-cu ildən etibarən fəaliyyət göstərir. Şirkət su, çirkab su təmizləmə sistemləri, suların fiziki və kimyəvi təmizlənməsi, təkrar emalı, mühəndisliyi, nasos və nasos stansiyaların quraşdırılması sahəsində uzunillik təcrübəyə, ixtisaslaşmaya malikdir.
“Aqualink şirkəti” ölkədə ən geniş sahəvi nümayəndəliklərə və beynəlxalq səviyyədə məşhurluğa malikdir. Şirkət 53-dən artıq beynəlxalq su, kimya texnologiyaları və həlləri təqdim edən şirkətlərin regionda rəsmi tərəfdaşı, eksklüziv nümayəndəsidir.
“Aqualink” şirkəti idarəetmədə beynəlxalq keyfiyyət siyasətini tətbiq etməklə şirkətdaxili və şirkətxarici xidmətlərinin yüksək səviyyədə tətbiqini həyata keçirir. Şirkətimiz İSO 9001:2015, ISO 14001: 2015 sertifikatlarına malikdir.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.