AZ

Bu ölkədə varlılar və iri şirkətlər üçün əlavə vergi tətbiq oluna bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransanın Baş naziri Mişel Barnier varlılara və iri şirkətlərə yeni vergi tətbiq etməyi düşünür.

Banco.az xəbər verir ki, Baş nazir Mişel Barnier Fransanın yüksək büdcə kəsirini düzəltmək və beynəlxalq investorları əmin etmək üçün varlı şəxslərə və iri korporasiyalara yeni vergi tətbiq edilməsini müzakirə edir.

Barnier mövzu ilə bağlı “France 2” televiziyasına açıqlama verib.

Onun sözlərinə görə, hökumət orta təbəqə və işçilər üçün vergilərin artırılmasından yayınmağa çalışır. Bununla belə, nazir vurğulayıb ki, xərcləri azaltmaq və Fransanın ciddi borc problemini həll etmək üçün kollektiv səy göstərilməlidir.

“Vəziyyəti düzəltmək üçün milli səy lazımdır və mən burada ən varlıları da kənarda qoymayacağam. Bəzi çox böyük şirkətlər, yaxşı işləyən transmilli şirkətlər də milli səylərə töhfə verə bilərlər”, - Barnier bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
100
40
banco.az

10Mənbələr