AZ

“Bu gün səhər saatlarından Hizbullahın Livandakı 800 hədəfinə zərbələr endirilib“ - İsrail ordusu

“Bu gün səhər saatlarından Hizbullahın Livandakı 800 hədəfinə zərbələr endirilib“ - İsrail ordusu




Bu gün səhər saatlarından etibarən Hizbullahın Livandakı 800 hədəfinə zərbələr endirilib.APA xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.Məlumatda bildirilir ki, Hizbullahın Livanın cənubunda və Bekaa vadisində yerləşən hədəfləri vurulub.İsrail Ordusunun sözçüsü Daniel Haqari bildirib ki, Hizbullahın silah anbarı və hərbi məqsədlərlə istifadə etdiyi binalar və ərazilər hədəfə alınıb. Onun sözlərinə görə, Livanın yaşayış məntəqələrindəki mülki şəxslərə həmin nöqtələrdən uzaqlaşmaq barədə çağırış edilib.Qeyd edək ki, son günlər Hizbullah və İsrail Ordusu arasında qarşılıqlı hava hücumları həyata keçirilib. Dünən Hizbullahın İsrail ərazisinə raketlərlə zərbə endirməsindən sonra İsrail ordusu bu səhərdən etibarən hücumlara qarşılıq verməyə başlayıb.Livan tərəfinin rəsmi açıqlamasında zərbələr nəticəsində indiyə 274 nəfərin həlak olduğu, 1024 nəfərin yaralandığı bildirilib.Rəsmi Beyrut 23 sentyabrı 1989-cu ildə vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə üçün itkilər baxımından ən ağır gün adlandırıb.




Xəbərin oxunma sayı :
223

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
33
azfakt.com

10Mənbələr