1951-ci ildə altı yaşında Kaliforniyada qaçırılan uşaq 70 ildən sonra doğma ailəsinə qovuşub. Bu, onlayn DNT testi, köhnə fotoşəkillər və qəzet parçaları sayəsində baş verib.
Bizim.Media “Mir 24” saytına istinadla xəbər verir ki, Luis Armando Albino adlı şəxs təqaüddə olan yanğınsöndürən və Dəniz Piyadaları Korpusunun veteranıdır. ABŞ-ın şərq sahilində yaşayır.
1951-ci il fevralın 21-də o, böyük qardaşı ilə Qərbi Oklenddəki parkda oynayarkən qaçırılıb. Naməlum qadın şirniyyat almağı təklif edərək onu şirikləndirib. O, uşağı götürərək, onu öz oğulları kimi böyüdən bir cütlüyə verib.
70 ildən artıq Albino itkin hesab edilib, lakin doğma ailəsi onu unutmayıb. Anası oğlunun sağ olduğuna ümidini heç vaxt itirməyib, lakin onunla görüşmək ona qismət olmayıb və o, 2005-ci ildə dünyasını dəyişib.
Albinonun axtarışında onun qardaşı qızı, 63 yaşlı Alida Alekvinin səyləri mühüm rol oynayıb. 2020-ci ildə o, onlayn DNT testi edib, həmin test nəticədə onun əmisi olan bir kişi ilə 22 faiz uyğunluq göstərib.
Daha sonra Alekvin Oklend İctimai Kitabxanasını ziyarət edib və mikrofilmlərə, o cümlədən Luis və onun böyük qardaşı Rocerin kadrlarına baxıb. Həmin gün o, polisə müraciət edib.
Müstəntiqlər istintaqı yenidən başladıb, Luisdən və Alekvin ailəsinin üzvlərindən DNT nümunələri götürüb və qohumluğu təsdiqləyiblər. Luis Oklendə gəlib və qohumları, o cümlədən qardaşı Rocer ilə görüşüb.
Bizim.Media