AZ

Kəşfiyyat: Rusiya ABŞ seçkilərinə təsir etmək üçün Sİ-dən istifadə edir

Rusiya ABŞ prezident seçkilərinə təsir etmək üçün digər ölkələrlə müqayisədə daha çox süni intellektlə işləyən məzmun yaradır.

Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Milli Kəşfiyyat Direktorunun (ODNI) nümayəndəsi bildirib.

Kəşfiyyat rəsmisinin sözlərinə görə, bu, respublikaçı namizəd Donald Trampı dəstəkləmək və vitse-prezident Kamala Harrisi nüfuzdan salmaq üçün daha geniş strategiyanın bir hissəsidir.

Jurnalistlərin həmsöhbəti qeyd edib ki, Rusiya süni intellektdən Trampın şanslarını artırmağa, Harris və Demokratlar Partiyasının populyarlığını azaltmağa yönəlmiş məzmun yaratmaq üçün istifadə edir. Bura sui-qəsd hekayələrinin yayılması da daxildir.

ODNI sözçüsü izah etdiyi kimi, Rusiya Amerikanın seçki sistemini daha yaxşı başa düşən və təsir üçün müvafiq hədəfləri müəyyən edən daha təcrübəli oyunçudur.

Onun sözlərinə görə, ABŞ Ədliyyə Departamentinin sosial şəbəkələrdə rusiyayönlü mesajların yayılması üçün süni intellektdən istifadə ilə bağlı əməliyyatın dayandırıldığını elan etdiyi iyul hadisəsini misal göstərmək olar.

Rusiya ilə yanaşı, Çin və İran da qlobal baxışlara təsir etmək üçün süni intellektdən istifadə edirlər. Kəşfiyyat rəsmisi qeyd edib ki, lakin onlar hələ ABŞ seçkilərinə müdaxilə etmək üçün bundan istifadə etməyiblər.

Rusiya daha əvvəl ABŞ seçkilərinə müdaxiləni rədd edib. Rusiyanın Vaşinqtondakı səfirliyi şərh sorğusuna dərhal cavab verməyib.

Məlum olduğu kimi, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Amerika prezident seçkilərinə müdaxilə cəhdinə görə RT və əlaqəli şirkətlərin rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmişdi.

Həmçinin bu yaxınlarda Putin bildirib ki, ABŞ seçkilərində onun favoriti Ağ Evin rəhbəri Co Bayden olub, lakin o, yarışdan çəkilib Kamala Harrisin namizədliyini tövsiyə etdiyi üçün Rusiya Federasiyası da onu dəstəkləyəcək.

Buna cavab olaraq Ağ Ev Moskvaya ABŞ prezident seçkilərinə müdaxiləni dayandırmağı tövsiyə edib.

Sentyabrın 9-da Rusiyanın 2024-cü il prezident seçkiləri ərəfəsində seçicilərə gizli təsir göstərmək üçün getdikcə daha çox Amerika sosial media ulduzlarına müraciət etdiyi bildirilir.

Alpər
Seçilən
124
14
qaynarinfo.az

10Mənbələr