BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda Ermənistan və Hindistanın baş nazirləri Nikol Paşinyanla Narendra Modi arasında görüş keçirilib.
Senzor.az bildirir ki, bu barədə məlumatı Modi öz “X” hesabında paylaşıb.
“BMT-nin Gələcəyin Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək çox xoş idi”, - deyə Hindistanın Baş naziri paylaşımında qeyd edib.