AZ

Almaniyadan Azərbaycana pul köçürmələri 16% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniyadan fiziki şəxslər tərəfindən cari ilin yanvar-iyun aylarında Azərbaycana 11 milyon 796 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16.4% (2 milyon 312 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 14 milyon 108 min dollara bərabər olub. 

Qeyd edək ki, 6 ayda Almaniyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2.1% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
24
5
banco.az

6Mənbələr