AZ

Qlobal turizm pandemiyadan əvvəlki səviyyəyə qayıdır

2024-cü ilin yeddi ay nəticələrinə görə beynəlxalq turist axını 2019-cu ilin pandemiyadan əvvəlki səviyyədən cəmi 4% aşağı olub. Bu barədə BMT-nin Turizm Təşkilatının hesabatında məlumat verilib. 
 
İlk yeddi ayda təxminən 790 milyon turist xaricə səyahət edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. 

Avropa və Amerika 2019-cu illə müqayisədə daxil olan axınları müvafiq olaraq 99% və 97% bərpa edə bilib.
 
Asiyada proses daha ləng gedir: yanvar-iyulda turist axını pandemiyadan əvvəlki rəqəmin 82%-ni təşkil edib.

Yeddi ay ərzində Yaxın Şərqə beynəlxalq gələnlərin sayı 2019-cu ilin səviyyəsi ilə müqayisədə 26% artıb.
 
Afrika 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə dövr ərzində 7% daha çox turist qəbul edib.

Aytac 

www.anews.az
Seçilən
84
2
anews.az

10Mənbələr