Meqalodon - 3-28 milyon il əvvəl yaşamış nəhəng akula növü idi. Megalodonun uzunluğu 20 metrə, çəkisi isə 47 tona çata bilərdi.
Giqantopitek - Təxminən 1 milyon il əvvəl yaşayan ən böyük insanabənzər meymun olub. Alimlər hesab edirlər ki, onun boyu 3-4 m, çəkisi 300-550 kq olub, əsasən bambukla qidalanıb.
Ketzalkoati - tarix boyu ən böyük pterozavr və ən böyük uçan heyvandır. 66-68 mln il əvvəl yaşamış heyvanın qanadlarının uzunluğu 12-15 metr olub. Leş və kiçik onurğalılarla qidalanıb.
Evripterid - indiyədək məlum olan ən böyük buğumayaqlı olub. 248-510 milyon il əvvəl yaşamış bu canlı 2,5 metrə qədər böyüyə bilirmiş.
Palaeoloksodon - nəsli kəsilmiş bu fil növü erkən pleystosendə Afrikada yaranmışdı. Bu heyvanın qalıqlarını tədqiq edən alimlərin fikrincə, onun hündürlüyü 5 metrə, çəkisi isə 20 tona çata bilərdi.