AZ

OPEC+ ölkələri növbəti 25 ildə neft tədarükünü sutkada 62,9 milyon barelə çatdıracaq

OPEC+ ölkələrindən neft tədarükü 2023-cü ildəki 50,3 milyon barellə müqayisədə 2050-ci ilə qədər gündəlik 62,9 milyon barelə qədər arta bilər.

“İki sahil” xəbər verir ki, bu barədə OPEC-in “World Oil Outlook” adlı uzunmüddətli proqnozunda deyilir.

Bildirilib ki, OPEC+ üzvü olmayan ölkələr 2030-cu illərin əvvəllərində tədarükün pik həddinə çatacaqlar, OPEC+ isə tədarükü artırmağa davam etməlidir. Proqnoza görə, qlobal neft tədarükündə OPEC+ payı 2023-cü ildəki 49%-dən 2050-ci ilə qədər 52%-ə yüksələcək.

OPEC+ üzvü olmayan ölkələr neft tədarükünün 2023-cü ildəki 51,7 milyon bareldən 2029-cu ilə qədər sutkada 58,8 milyon barelə yüksəlməsini təmin edəcəklər. Hasilatı ən çox ABŞ (gündə 2,3 milyon barel) və Braziliya (1 milyon barel) artıracaq.

Bununla belə, 2050-ci ilə qədər OPEC-in proqnozuna görə, OPEC+ üzvü olmayan ölkələrdən neft tədarükü sutkada 57,3 milyon barelə qədər azalacaq.

Seçilən
99
2
ikisahil.az

10Mənbələr