Braziliyadakı hava təhlükəsi səbəbindən şəkərin qiyməti son 7 ayda ən yüksək həddə qalxıb.
Həftə sonunda, sentyabrın 20-də birjalarda şəkərin qiyməti son 7 ayda ən yüksək həddə qalxıb. Oktyabr ayı üçü müqavilələrdə qəndin qiyməti 5,47% artaraq 1 funt (440 qram) üçün 0,2313 dollar olub. Bu son 7 ayda, 2024-cü ilin fevralından ən yüksək göstəricidir.
Qəndin bahalaşmasının səbəbi dünyada qəndin əsas ixracçılarından olan Braziliyada baş verən iqlim hadisələridir. Bu ölkədə hava şəraitinin pisləşməsi nəticəsində qənd ixracının azalacağı təhlükəsi yaranıb, bu da qiymətlərə təsirini göstərir.
Belə ki, bu il Braziliya öz tarixində ən güclü quraqlıqla üzləşib. Quraqlıq ötən ilin oktyabrından başlayıb, hələ də davam etməkdədir və qəndin məhsuldarlığına mənfi təsir edir.
Avqust ayında Braziliyanın əsas şəkər istehsalı regionlarından olan San-Paulu ştatında quraqlıq səbəbindən meşə yanğınları baş verib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.