“Hizbullah” Təl-Əvivdəki “Mossad” qərargahına raket atdı
“Hizbullah” hərəkatının silahlı birləşmələri Təl-Əviv ətrafına raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında yerləşdirdiyi bəyanatda məlumat verilib.
Məlumata görə, zərbənin “Mossad” kəşfiyyat xidmətinin qərargahına endirildiyi iddia edilib.
“Müqavimət döyüşçüləri sentyabrın 17 və 18-də Livanda peycerlərin və simsiz rabitə cihazlarının partlayışlarına cavabdeh olan “Mossad” kəşfiyyat qərargahını vurmaq üçün “Qader-1” ballistik raketindən istifadə ediblər”, - mətndə qeyd edilib.