Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, sentyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 30 müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.