AZ

Mərkəzi Bank İslam Korporasiyası ilə Memorandum imzalayıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, memorandumun əsas məqsədi ölkədə islami sığorta xidmətlərindən istifadəni genişləndirmək üçün qurumlar arasında əməkdaşlığın hüquqi çərçivəsinin təmin edilməsidir.

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında islami sığorta sahəsində təcrübə mübadiləsinin, müxtəlif təlim və seminarların təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu əməkdaşlıq ölkədə yeni maliyyə alətlərinin tətbiqinin genişlənməsinə, bununla da ölkəyə investisiya axınının sürətlənməsinə töhfə verəcək.

Seçilən
143
49
banker.az

10Mənbələr