Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır.
Bu barədə Mərkəzi Bankın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək: “Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır”.