AZ

Sudanda vəba epidemiyasından ölənlərin sayı 433 nəfərə çatıb

Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 433-ə yüksəlib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Sudan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ölkədə vəbaya yoluxanların sayının 13,922-yə çatdığı bildirilib.

Açıqlamada, vəba səbəbindən ölənlərin sayının 433-ə yüksəldiyi qeyd olunub. İyun ayından bəri ölkədə yağan aramsız yağışların səbəb olduğu daşqınlar vəba xəstəliyinin yayılmasına şərait yaradıb. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etməsi və səhiyyə sisteminin qeyri-səmərəli işləməsi, epidemik xəstəliklərin yayılmasına şərait yaradır. Bu vəziyyət, Sudanda yaşayan insanların həyatına mənfi təsir edir.

Seçilən
27
12
sia.az

10Mənbələr