Ötən gün Biləsuvarda toy karvanında qəzaya düşərək dünyasını dəyişən 5 nəfər bu gün torpağa tapşırılıb.
Xezerxeber.az-ın məlumatına görə, qəzada ölənlərin 3 nəfəri Cəlilabadın Göytəpə qəbiristanlığında basdırılıb. İki nəfər isə digər kənddə torpağa tapşırılıb.
Xatırladaq ki, ağır qəza dünən Bəhramtəpə-Biləsuvar yolunun Biləsuvardan keçən hissəsində baş verib. Yük maşınına çırpılan avtomobilin sürücüsü - 30 yaşlı Pərviz Hüseynov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 33 yaşlı Xoşbəxt Hüseynova, 69 yaşlı Mehriban İsmayılova, 34 yaşlı Aidə Hüseynova və 29 yaşlı Vasif İsayev dünyasını dəyişib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.