AZ

Türkiyə parlamentinin spikeri Moskvada: "Biz yenidən vasitəçiliyə qərarlıyıq"

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə Moskvada görüşüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri kimi Rusiyaya ilk səfəri olduğunu bildirib və göstərilən qonaqpərvərliyə görə ona və nümayəndə heyətinə təşəkkür edib.

Moskvada səmərəli görüşlər və səfərlər keçirdiyini və bunun Türkiyə-Rusiya münasibətlərinə müsbət töhfə verəcəyinə inandığını vurğulayan türkiyəli spikerin sözlərinə görə, regional və qlobal əhəmiyyətli mövzularda Rusiya ilə birgə hərəkətetmə imkanları var: "Bəlli çətinliyə baxmayaraq ikitərəfli ticarət getdikcə inkişaf edir, enerji sahəsində əməkdaşlıq dərinləşir. Eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq müsbət istiqamətdə irəliləyir".

Türkiyəli spiker qeyd edib ki, bölgənin təhlükəsizliyi üçün Rusiya-Ukrayna müharibəsi ədalətli qaydada sona çatmalıdır: "Türkiyə olaraq, heab edirik ki, sülh danışıqları bir an əvvəl yenidən başlamalıdır. Biz bu mövzuda vasitəçilik rolunu davam etdirməkdə qərarlıyıq".

O, belə yüksək səviyyəli səfərlərin artmasının faydalı olacağını bildirib: "İnanıram ki, bu səfər qarşılıqlı etimadı daha da inkişaf etdirəcək və ikitərəfli münasibətləri sürətləndirəcək".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
94
1
mia.az

10Mənbələr