AZ

Putin: Bu təşkilat G7-ni üstələyir!

Artıq BRİKS ölkələrinin dünya iqtisadiyyatına töhfəsi G7 ("Böyük yeddiki") ölkələrinin payını üstələyir və bu tendensiya artmağa davam edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının Rəyasət Heyətinin ixracın inkişafı məsələsi üzrə geniş iclasında bildirib.

"BRİKS-in - bu təşkilatın yeni üzvlərini nəzərə almasaq - 1992-ci ildə dünya ÜDM-də payı 16,7%, G7-də 30,5% idi. 2022-ci ildə isə G7-də 30,5%, BRİKS-də 31,4% oldu. 2028-ci il üçün BRİKS 33,8%, G7-də 27,9% proqnozlaşdırılır", - o qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
142
4
milli.az

10Mənbələr