"Qərb Rusiyanın Ukraynadakı atom elektrik stansiyalarına mümkün hücumları təhlükəsini nəzərə almalıdır. Əgər bu baş verərsə, dərhal müdaxilə etmək lazım gələcək".
Publika.az xəbər verir ki, bu sözləri Polşa prezidenti Andjey Duda bildirib.
O, həmçinin xatırladıb ki, Ukraynaya qarşı müharibə zamanı Rusiya artıq Zaporojye AES-ə və Çernobıl Atom Elektrik Stansiyasının ərazisinə hücum edib. Lakin xoşbəxtlikdən nüvə fəlakəti baş verməyib.
"Qalan elektrik stansiyalarına - Rivne və ya Xmelnitskiyə hücum təhlükəsi var və biz bunu nəzərə almalıyıq, əgər hücumlar olarsa, dərhal müdaxilə etməliyik", - Duda vurğulayıb.