NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,89% azalaraq 1 barelə görə 72,25 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,92% azalaraq 1 barelə görə 69,05 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,27 ABŞ dolları və ya 0,35% azalaraq 77,94 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,14% artaraq 2,834 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il sentyabrın 26-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il sentyabrın 26-da Avro 1,8941 manatadək ucuzlaşıb.
LİRƏ
2024-cü il sentyabrın 26-da Türkiyə lirəsi isə 0.0498 manat təşkil edib.
RUBL
2024-cü il sentyabrın 26-da Rusiya rublu 0,0185 manata kimi bahalaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,06% azalaraq 2 683,2 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,43% artaraq 32,16 ABŞ dollarına bərabər olub.